• 26.01.2026 » 18:05

FHN-in əməkdaşı Akonkaqua zirvəsini fəth etdi - Fotolar

FHN-in əməkdaşı Akonkaqua zirvəsini fəth etdi - Fotolar © sabirabadxeber.az
Şrift ölçüsü:

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Sima Səfərova Azərbaycan Alpinizm Federasiyasının təşəbbüsü ilə 2026-ci il yanvarın 19-da Cənubi Amerikanın ən yüksək zirvəsi olan Akonkaquaya (6962 m) texniki dırmanış edib.

“Sabirabadxəbər.az” xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Bildirilib ki, qarşıya qoyulan hədəfə uğurla çatan S.Səfərova Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə bərabər Fövqəladə Hallar Nazirliyinin rəmzi olan bayrağı da Akonkaqua zirvəsində dalğalandırıb.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva