• 16.02.2026 » 11:30

Xaricdə təhsil üzrə sənəd qəbulu başlayır

Xaricdə təhsil üzrə sənəd qəbulu başlayır © sabirabadxeber.az
Şrift ölçüsü:

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026–2027-ci tədris ili üzrə aprelin 15-də sənəd qəbuluna start veriləcək.

"Sabirabadxəbər.az" xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Dövlət Proqramı çərçivəsində 2026–2027-ci tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat, magistratura və doktorantura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahısı 12 yanvar 2026-cı il tarixində ictimaiyyətə təqdim edilib. Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən siyahıda yer alan universitetlərdən müvafiq sahə və proqramlar üzrə qəbul sənədinin əldə edilməsidir.

Proqrama müraciət üçün tələb olunan sənəd nümunələri ilə keçiddən tanış olmaq mümkündür.

Dövlət Proqramı ilə bağlı suallarınıza isə aşağıdakı müvafiq linklərdən istifadə edərək cavab tapa bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva