• 14.02.2026 » 16:44

"Regional Su Meliorasiya Xidməti" barəsində rəqabət qanunvericiliyinin pozulmasına dair iş qaldırılıb

"Regional Su Meliorasiya Xidməti" barəsində rəqabət qanunvericiliyinin pozulmasına dair iş qaldırılıb © sabirabadxeber.az
Şrift ölçüsü:

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 2025-ci ildə təbii inhisar subyektləri ilə bağlı rəqabət qanunvericiliyinin pozulması hallarının araşdırılması çərçivəsində Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən "Regional Su Meliorasiya Xidməti" PHŞ-də apardığı yoxlamanın nəticələrini açıqlayıb.

"Sabirabadxəbər.az" xəbər verir ki, Dövlət Agentliyinə istinadən xəbər verir ki, araşdırma daxil olmuş vətəndaş müraciətləri əsasında başladılıb.

Yoxlama zamanı istehlakçıların mənafeyinə mənfi təsir göstərə biləcək hərəkətlər, məhsulların istehsalı və satışı prosesində mümkün pozuntular, eləcə də təbii inhisar subyektinin şəbəkələrinə qoşulma və ya təqdim olunan xidmət həcminin artırılması ilə bağlı normativ hüquqi aktlarda nəzərdə tutulmayan qaydaların tətbiqi halları araşdırılıb.

Bununla yanaşı, su təchizatı sahəsində tariflərin düzgün tətbiq edilməməsi ilə bağlı rəqabət qanunvericiliyinin pozulması ehtimalları da yoxlanılıb.

Araşdırmanın nəticələrinə əsasən, rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyindən təbii inhisar subyekti barəsində iş qaldırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva