• 12.02.2026 » 15:44

Sabirabadda bir ailənin 4 üzvü qidadan zəhərlənib, 11 yaşlı uşaq ölüb

Sabirabadda bir ailənin 4 üzvü qidadan zəhərlənib, 11 yaşlı uşaq ölüb © sabirabadxeber.az
Şrift ölçüsü:

Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənərək ölüb

"Sabirabadxəbər.az" xəbər verirki,  Mil-Muğan bürosunun məlumatına görə, ötən gecə qida zəhərlənməsi şübhəsi ilə Sabirabad rayonunun Saraxanbəyli kənd sakinləri - bir ailənin 4 üzvü Şirvan xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət edib.

Mədələri yuyulandan sonra evə buraxılan ailə üzvlərindən 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn Cavanşir oğlunun halı pisləşdiyindən yenidən xəstəxanaya çatdırlıb. Xəstəxanadan bildirildiyinə görə, bu gün saat 15 radələrində yenidən xəstəxanaya çatdırılan azyaşlının artıq həkiməqədər ölümü qeydə alınıb.

İlkin məlumata görə, ailənin zəhərlənməsinə səbəb konservləşdirilmiş tərəvəz məhsulu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva