Şrift ölçüsü:
Çap et
Azərbaycanda raritet (nadir) avtonəqliyyat vasitələrinin idxalı ilə bağlı xüsusi qaydaların tətbiq edilməsi sui-istifadə hallarının qarşısını almaq məqsədi daşıyır.
"Sabirabadxəbər.az" xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.
Onun sözlərinə görə, məcəllədə il ərzində məhdud sayda raritet (nadir) avtonəqliyyat vasitələrinin idxalı ilə bağlı xüsusi qaydalar müəyyən edilir:
“Bu, sui-istifadə hallarının qarşısını almaq, sistemli uçot yaratmaq məqsədi daşıyır. Raritet avtomobillərin idxalı üzrə ildə şəxs üçün maksimum 1 ədəd, ölkə üzrə maksimum 10 ədəd olmaqla ƏDV və aksiz vergilərindən azad edilmə nəzərdə tutulur.
Kopyalandı



