• 12.02.2026 » 11:14

Gəncədə ananın imtina etdiyi uşaqla bağlı - Açıqlama

Gəncədə ananın imtina etdiyi uşaqla bağlı - Açıqlama © sabirabadxeber.az
Şrift ölçüsü:

Gəncədə anası tərəfindən imtina olunan 40 günlük körpənin vəziyyəti açıqlanıb. 

"Sabirabadxəbər.az" xəbər verirki, bu barədə  Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib. 

Bildirilib ki, fevralın 10-u saat 12:35 radələrində 2025-ci il təvəllüdlü azyaşlı (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Pediatriya şöbəsinə hospitalizasiya olunub.

Ona yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu təyin olunub. Hazırda körpənin müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabildir.

Qeyd edək ki, anası 40 günlük körpəni Gəncə 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına gətirib və ondan imtina etdiyini deyərək körpələr evinə verilməsini istəyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva