• 11.02.2026 » 19:39

Hərbçimiz dəm qazından öldü

Hərbçimiz dəm qazından öldü © sabirabadxeber.az
Şrift ölçüsü:

Beyləqanda 1996-cı il təvəllüdlü Qərib Qəribov yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Hadisə rayon ərazisindəki mənzillərdən birində baş verib.


"Sabirabadxəbər.az" Oxu.az-a istinadən xəbər verir ki, o, Beyləqandakı "N" saylı hərbi hissədə xidmət edirmiş.


Müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) Şəki rayon Baş Layısqı kənd sakini olub. Onun meyiti bu gün səhər saatlarında hamamda aşkarlanıb.


Faktla bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva