• 11.02.2026 » 11:02

Prokuror Azər Qasımlıya cəza istədi

Prokuror Azər Qasımlıya cəza istədi © sabirabadxeber.az
Şrift ölçüsü:

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

"Sabirabadxəbər.az" xəbər verirki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. 

Dövlət ittihamçısı Valeh Ələkbərov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qeyd edək ki, A.Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinib və barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva