• 10.02.2026 » 14:36

Lənkəranda 34 yaşlı qadın ikinci dəfə üçəm dünyaya gətirib

Lənkəranda 34 yaşlı qadın ikinci dəfə üçəm dünyaya gətirib © sabirabadxeber.az
Şrift ölçüsü:

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında üçəm dünyaya gəlib.

"Sabirabadxəbər.az" bildirir ki ,bu  barədə TƏBİB-dən məlumat verilib.

Qeyd ediilib ki, 1992-ci il təvəllüdlü hamilə fevralın 9-da doğum şöbəsinə yerləşdirilib. Pasiyent üzərində həyata keçirilən qeysəriyyə əməliyyatı ilə üçəmlərin doğuş prosesi uğurla icra olunub.

Üçəmlərin çəkiləri müvafiq olaraq 2, 2.1 və 2.0 kq, boyları isə 40, 41 və 42 sm olub. Onlardan ikisi oğlan, biri qızdır.

Bildirilib ki, hazırda ana və körpələrin vəziyyəti kafi qiymətləndirilir. Yenidoğulmuşlar həkim-neonatoloqun nəzarətindədir.

Qeyd edək ki, 34 yaşlı qadının üçəmlərə qədər iki oğlan və bir qız övladı var. Çoxuşaqlı ananın əvvəlki övladlarından bir qız və bir oğlan da əkiz hamiləliklə dünyaya gəlib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva