Vətəndaşların diqqətinə!
"Sabirabadxəbər.az" xəbər verir ki , Qazax–Tovuz Regional Təhsil İdarəsinin rayon (şəhər) üzrə təhsil sektorlarının müdirləri tərəfindən vətəndaşların qəbulu qrafikini nəzərinizə çatdırırıq.
Vətəndaşlar təhsil sektorlarının inzibati binalarına yaxınlaşaraq qeydiyyatdan keçməklə qəbula yazıla bilərlər. Qəbula yazılmaq üçün şəxsiyyət vəsiqəsinin təqdim edilməsi zəruridir.
Ünvanlar:
* Ağstafa rayonu üzrə təhsil sektoru – Ağstafa şəhəri, Heydər Əliyev prospekti 38
* Qazax rayonu üzrə təhsil sektoru – Qazax şəhəri, M. P. Vaqif küçəsi 22
* Şəmkir rayonu üzrə təhsil sektoru – Şəmkir şəhəri, Nizami küçəsi 71
* Tovuz rayonu üzrə təhsil sektoru – Tovuz şəhəri, Fariz Ələkbərov küçəsi 36
* Gədəbəy rayonu üzrə təhsil sektoru – Gədəbəy şəhəri, Heydər Əliyev prospekti 12
Qeyd edək ki, şəhid ailə üzvləri, qazilər və müharibə veteranları qəbul günlərində növbədənkənar qəbul edilirlər.



