Siyasət - Sabirabadxeber.Az - İnformasiya Portalı

Kamran Ağayev vəzifəsindən getdi
Son zamanlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) ardıcıl kadr dəyişiklikləri və kütləvi ixtisarların olması ilə bağlı iddialar yayılıb.

“Sabirabadxəbər” xəbər verir ki, bu barədə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, qısa müddətdə xeyli sayda peşəkar və ixtisaslı əməkdaşların, departament rəhbərlərinin qurumdan uzaqlaşdığı müşahidə olunur. Bəzilərinin isə ərizələrinin alındığı bildirilir: “Bu gün öyrəndim ki, nəinki ölkədə, hətta qlobal səviyyədə tanınmış peşəkarlardan biri olan, İRİA-da Data İdarəetməsi departamentinin rəhbəri Kamran Ağayev də qurumdakı vəzifəsindən istefa verib. Düzü, anlamaq olmur ki, İRİA-da nələr baş verir. Bir neçə gün öncə isə bu qurumun HR departamentinə yeni rəhbərin təyin olunduğu bildirilirdi. Maraqlıdır ki, bir müddət öncə müavin vəzifəsini tutan Rəşad Xalıqov da buradakı işindən ayrılıb.

Əgər qurumda davamlı olaraq komanda dağılır, peşəkarlar ayrılır, amma paralel olaraq ölçülə bilən nəticələr görünmürsə, demək ki, nələrsə düz getmir. Bu artıq təkcə kadr məsələsi deyil - strateji fokus, idarəetmə modeli və prioritetlər məsələsidir.

İRİA ölkənin innovasiya siyasətində əsas qurumlardan biri olmalıdır. Ona görə də burada baş verənlər təkcə bir idarədaxili proses deyil, bütövlükdə ölkənin gələcək texnoloji inkişaf tempinə təsir edən məsələdir”.

Məsələ ilə bağlı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq Kamran Ağayevin işdən çıxdığı təsdiqlənsə də, kütləvi ixtisarların olmadığı bildirildi: “İRİA-da hazırda hər hansı kütləvi ixtisar prosesi həyata keçirilmir və mənfi məzmunlu struktur dəyişiklikləri baş vermir. Bunun əksinə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində Agentliyin institusional potensialının gücləndirilməsi, o cümlədən peşəkar və ixtisaslı kadrların cəlb olunması istiqamətində işlər davam etdirilir.

Eyni zamanda qeyd etmək istərdik ki, İRİA-da kadr siyasəti daim peşəkarlıq, effektivlik və layihələrin prioritetliyinə uyğun şəkildə həyata keçirilir və proseslərə daim həssaslıqla yanaşılır.

Kamran Ağayevlə bağlı məsələyə gəldikdə isə bildiririk ki, o, Agentlikdə fəaliyyət göstərdiyi müddət ərzində data idarəetməsi və süni intellekt sahələrində bir sıra mühüm təşəbbüslərin reallaşdırılmasına dəyərli töhfələr verib. Kamran Ağayev Agentlikdə əlavə iş yeri olaraq fəaliyyət göstərib və öz şəxsi qərarı əsasında Agentlikdən ayrılıb. Gələcəkdə Kamran Ağayev və İRİA arasında müxtəlif layihə və təşəbbüslər çərçivəsində əməkdaşlıq imkanlarının davam etdirilməsi istisna olunmur”.

Qeyd edək ki, K.Ağayev 2023-cü ilin iyununda İRİA-da Data İdarəetməsi departamentinin direktoru təyin olunmuşdu.

Regional sabitliyin və iqtisadi inkişafın təmin olunmasına xüsusi önəm
Azərbaycan Respublikası ilə Çexiya Respublikası arasında münasibətlər müstəqillik dövründən etibarən ardıcıl şəkildə inkişaf edərək bu gün qarşılıqlı hörmət, əməkdaşlıq və ortaq maraqlar əsasında formalaşmışdır. Hər iki ölkə beynəlxalq hüququn prinsiplərinə sadiq qalaraq, regional sabitliyin və iqtisadi inkişafın təmin olunmasına xüsusi önəm verir.

Siyasi münasibətlər baxımından Azərbaycan ilə Çexiya arasında dialoq yüksək səviyyədə qurulmuşdur. İki ölkə arasında diplomatik münasibətlər 1993-cü ildə təsis edilmiş və bu müddət ərzində qarşılıqlı səfərlər, hökumətlərarası komissiyaların fəaliyyəti və parlamentlərarası əlaqələr mühüm rol oynamışdır. Azərbaycanın Milli Məclisi ilə Çexiya parlamenti arasında əməkdaşlıq çərçivəsində dostluq qrupları fəaliyyət göstərir ki, bu da qanunverici orqanlar arasında təcrübə mübadiləsinə və siyasi dialoqun dərinləşməsinə şərait yaradır.

İqtisadi münasibətlər xüsusilə enerji sektorunda özünü daha qabarıq göstərir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkə kimi Çexiya üçün etibarlı tərəfdaşdır. SOCAR vasitəsilə həyata keçirilən enerji əməkdaşlığı Çexiya bazarına neft və neft məhsullarının ixracını təmin edir. Bununla yanaşı, Çexiya şirkətləri də Azərbaycanda sənaye, nəqliyyat və infrastruktur layihələrində iştirak etməkdə maraqlıdır.

Ticarət dövriyyəsi illər üzrə dəyişkən olsa da, ümumilikdə müsbət dinamika nümayiş etdirir. Azərbaycan Çexiyaya əsasən xam neft və enerji məhsulları ixrac edir, əvəzində isə Çexiyadan sənaye avadanlıqları, texnologiyalar və müxtəlif istehlak məhsulları idxal olunur. Bu qarşılıqlı iqtisadi əlaqələr hər iki ölkənin iqtisadiyyatlarının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bundan əlavə, humanitar və mədəni sahədə əməkdaşlıq da münasibətlərin inkişafında önəmli yer tutur. Təhsil, turizm və mədəniyyət sahələrində həyata keçirilən layihələr xalqlar arasında qarşılıqlı anlaşmanı və dostluğu möhkəmləndirir. Çexiyanın zəngin mədəni irsi və Azərbaycanın qədim tarixi ənənələri bu əməkdaşlıq üçün geniş imkanlar yaradır.

Gələcək perspektivlərə nəzər saldıqda, Azərbaycan ilə Çexiya arasında münasibətlərin daha da genişlənməsi üçün böyük potensial mövcuddur. Xüsusilə qeyri-neft sektorunda əməkdaşlığın artırılması, alternativ enerji mənbələrinin inkişafı, rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində birgə layihələrin həyata keçirilməsi prioritet istiqamətlər kimi çıxış edir. Eyni zamanda, nəqliyyat-logistika sahəsində, xüsusilə Orta Dəhliz çərçivəsində əməkdaşlığın inkişafı Çexiya üçün yeni imkanlar yarada bilər.

Hazırda Azərbaycan Respublikası ilə Çexiya Respublikası arasında siyasi-iqtisadi münasibətlər sabit və inkişaf edən xarakter daşıyır. Qarşılıqlı maraqlara əsaslanan bu əməkdaşlıq gələcəkdə daha da dərinləşərək həm regional, həm də beynəlxalq səviyyədə mühüm əhəmiyyət kəsb edəcəkdir.

Günel Cəfərova,

Sabirabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi

Məzahir Pənahov yenidən MSK sədri seçildi
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.

“Sabirabadxəbər” xəbər verir ki, iclasda MSK-nın sədri, müavini və katibləri seçilib.

Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib.

Qeyd edək ki, 75 yaşlı Məzahir Pənahov 26 ildir (2000-ci ildən) Komissiyaya rəhbərlik edir.

Azərbaycan-Ukrayna əlaqələri əməkdaşlıq, iqtisadi münasibətlər və qarşılıqlı maraqlara əsaslanıb
Azərbaycanla Ukrayna arasında münasibətlər son illərdə yeni mərhələyə qədəm qoyaraq daha çox humanitar müstəvidə inkişaf etdirilir. Bu yanaşma təsadüfi deyil və Azərbaycanın dövlət siyasətindən irəli gəlir. Azərbaycan tarixən münaqişələrdən zərər çəkmiş ölkə kimi bu cür vəziyyətlərdə olan xalqlara dəstək göstərməyi özünün mənəvi borcu hesab edir.

Azərbaycan uzun illər ərazi bütövlüyünün pozulması ilə üzləşmiş bir ölkə kimi müharibənin doğurduğu humanitar fəsadları dərindən anlayır. Məhz bu səbəbdən rəsmi Bakı müxtəlif regionlarda, o cümlədən Ukraynada yaşayan insanlara humanitar yardımlar göstərir. Bu yardım yalnız maddi dəstək deyil, həm də sosial və psixoloji dəstəyi əhatə edir.

Humanitar əməkdaşlığın ən mühüm istiqamətlərindən biri müharibədən zərər çəkmiş uşaqların reabilitasiyasıdır. Onun sözlərinə görə, müharibənin ən ağır psixoloji zərbəsini məhz uşaqlar alır və bu, onların gələcək həyatına ciddi təsir göstərir. Artıq bir neçə ildir, Ukraynadan olan uşaqlar üçün Azərbaycanda reabilitasiya proqramları həyata keçirilir. Bu proqramlar çərçivəsində uşaqlar həm tibbi, həm də psixoloji dəstək alır, eyni zamanda sosial mühitə adaptasiya imkanları əldə edirlər. Yaxın perspektivdə ukraynalı tələbələr üçün də analoji proqramların həyata keçirilməsi nəzərdə tutulur. Bu təşəbbüslər iki ölkə arasında humanitar körpülərin daha da möhkəmlənməsinə xidmət edir.

Yeri gəlmişkən, xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 25-də Qəbələdə Azərbaycan Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib ki, son illərdəki ağır bir dövrdə Ukrayna Azərbaycandan 11 yardın paketi alıb və Azərbaycana bu yardıma görə öz təşəkkürünü bildirib. Həmçinin Ukraynadan olan uşaqlara köməyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Volodimir Zelenski deyib: “Siz bizim uşaqlarımıza kömək edirsiniz. Uşaqlarımız, övladlarımız cəbhəyanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət çəkiblər. Beş yüzdən artıq ukraynalı uşaq buradadır və bu dəstəyə görə Sizə minnətdarıq”, – deyə Ukrayna Prezidenti vurğulayıb”.

Ukraynada enerji infrastrukturunun zədələnməsi nəticəsində yaranmış vəziyyət mülki əhali üçün ciddi çətinliklər yaradıb. Xəstəxanalar, sosial obyektlər və yaşayış məntəqələri elektrik enerjisi çatışmazlığından əziyyət çəkir. Bu kontekstdə Azərbaycan Ukraynaya elektrik generatorları göndərməklə humanitar dəstəyini davam etdirir. Bu addım insanların gündəlik həyatının təmin olunmasına və xüsusilə həssas qrupların qorunmasına xidmət edir. Bu cür praktiki yardımlar Azərbaycanın dost və tərəfdaş ölkələrə münasibətdə sərgilədiyi səmimi yanaşmanın göstəricisidir.

Azərbaycan müstəqil dövlət olaraq xarici siyasətini milli maraqlar əsasında formalaşdırır. Ölkənin ikitərəfli və çoxtərəfli əlaqələri heç vaxt üçüncü tərəflərə qarşı yönəlmir. Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyinin tərəfdarıdır və bu prinsip beynəlxalq hüququn əsasını təşkil edir. Bu prinsiplərə riayət olunmadığı halda dünyada sabitlik və təhlükəsizlik mümkün deyil. Azərbaycan isə bu məsələnin əhəmiyyətini öz tarixi təcrübəsindən yaxşı bilir.

Azərbaycan Ukrayna ilə Rusiya arasında baş verən münaqişədə hər hansı formada iştirak etmir, bu müharibədən tamamilə uzaqdır. Onun sözlərinə görə, rəsmi Bakı bu münaqişənin yalnız dialoq və qarşılıqlı anlaşma yolu ilə həllini dəstəkləyir. Azərbaycan regionun diplomatik mərkəzlərindən biri kimi gələcəkdə sülh danışıqları üçün platforma rolunu oynaya bilər. Azərbaycanın balanslı və obyektiv mövqeyi bu istiqamətdə etibarlı vasitəçi kimi çıxış etməsinə imkan verir.

Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 25-də Qəbələdə Azərbaycan Prezident İlham Əliyevlə mətbuata bəyanatında Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycanda keçirilməsini təklif edib. O bildirib ki, Rusiya tərəfi də razı olarsa, belə bir görüşün Azərbaycanda keçirilməsi mümkündür.

Zelenskinin bu bəyanatı Azərbaycanın balanslı, obyektiv və neytral mövqeyə malik olmasının növbəti təsdiqidir.

Azərbaycanla Ukrayna arasında münasibətlər hər iki tərəfin maraqlarına uyğun inkişaf etdirilir. Azərbaycan eyni zamanda Rusiya ilə də əlaqələri inkişaf etdirir. Bir müddət əvvəl iki ölkə arasında yaşanan gərginlik də artıq aradan qaldırılıb. Azərbaycan və Rusiya arasında strateji müttəfiqlik münasibətləri iki ölkənin maraqlarına xidmət edir. Azərbaycan dost saydığı ölkələr arasında münasibətlərin inkişafına çalışır, buna dəstək göstərir. Onun sözlərinə görə, bu, rəsmi Bakının yürütdüyü xarici siyasətin təməl prinsiplərindən birini təşkil edir.

Azərbaycan-Ukrayna münasibətlərində iqtisadi əməkdaşlıq da mühüm yer tutur. Enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensial mövcuddur. Azərbaycanın enerji layihələri geniş coğrafiyanı əhatə edir və bu təcrübə Ukrayna ilə əməkdaşlıqda da istifadə oluna bilər. SOCAR-ın Ukraynada fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri ikitərəfli iqtisadi əlaqələrin inkişafına töhfə verir. Bu, həm biznes münasibətlərinin genişlənməsi, həm də enerji sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 25-də Qəbələdə Ukrayna Prezidenti Volodimir Zelenki ilə mətbuata birgə bəyanatında müzakirə edilən məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində də əməkdaşlığı qeyd edib. Dövlət başçısı vurğulayıb ki, SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, eyni zamanda, çox gözəl perspektivlər var, birgə layihələr var.

Azərbaycanla Ukrayna arasında münasibətlər qarşılıqlı maraqlar və dostluq prinsipləri əsasında inkişaf edir. Humanitar sahədə atılan addımlar bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycan gələcəkdə də Ukrayna ilə müxtəlif istiqamətlərdə əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu əməkdaşlıq həm regional sabitliyə, həm də iki xalq arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verəcək.

Əfsər Əzizov,

RİHB aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi, Sosial-iqtisadi məsələlər, İnformasiya təminatı və təhlil sektorunun baş məsləhətçisi (əhali ilə görüşün təşkilatçısı)

PA-nın Vətəndaş Qəbulu Mərkəzində may ayı üzrə qəbul cədvəli
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.

“Sabirabadxəbər” cədvəli təqdim edir:

Ətraflı

Ads by

0

Reklamınızı SmartBee ilə effektiv edin.

Qeyd: Vətəndaşlar Azərbaycan Respublikası Prezidenti

Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində qəbul olunurlar.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev,79.

Qəbula yazılış qəbul gününə ən geci 1 iş günü qalmış dayandırılır.

Qəbul saat 14:00-dan başlayır.

Əlaqə üçün: Çağrı Mərkəzi – 1111.

Latviya və Azərbaycan daim bir-birilərinin suverenliyinə və ərazi bütövlüyünə dəstək göstəriblər
Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm siyasi hadisədir. Bu səfər, eyni zamanda, qarşılıqlı hörmətə və etimada əsaslanan əlaqələrimizin hazırkı səviyyəsinin yüksək olduğunu bir daha nümayiş etdirir.

Ölkələrimiz arasındakı tarixən formalaşmış dostluq ənənələri bu gün də uğurla davam etdirilir, siyasi dialoq isə dinamik və konstruktiv xarakter daşıyır. Ötən illər ərzində ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, iqtisadiyyat, nəqliyyat, logistika, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq genişlənib. Bu münasibətlərin əsasını qarşılıqlı maraqların uzlaşdırılması və xalqlarımızın rifahına xidmət edən ortaq məqsədlər təşkil edir. Hazırda ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur. Xüsusilə enerji təhlükəsizliyi, “yaşıl enerji”, rəqəmsal transformasiya və nəqliyyat dəhlizləri kimi sahələr qarşılıqlı fəaliyyət üçün perspektivli istiqamətlərdir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq layihələr, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları Latviyanın da maraqlarına cavab verir və bu platformalarda əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Eyni zamanda, Avropa İttifaqı çərçivəsində əməkdaşlığın genişləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Latviya bu təşkilatın üzvü kimi Azərbaycanın Avropa strukturları ilə əlaqələrinin inkişafında mühüm rol oynayır.

Bu prinsipial mövqe beynəlxalq hüquqa hörmətin bariz nümunəsi olmaqla yanaşı, ölkələrimiz arasında siyasi etimadı daha da gücləndirir. Qarşılıqlı dəstək və həmrəylik müasir beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyət kəsb edir və Azərbaycan-Latviya münasibətlərində bu amil aydın şəkildə özünü göstərir. Eyni zamanda, Avropa İttifaqı çərçivəsində əməkdaşlığın genişləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Latviya bu təşkilatın üzvü kimi Azərbaycanın Avropa strukturları ilə əlaqələrinin inkişafında mühüm rol oynayır.

Səfər çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə aparılan müzakirələr, iki ölkə arasında imzalanmış sənədlər gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirəcək, tərəfdaşlığımıza yeni məzmun qazandıracaq. İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud potensialdan səmərəli istifadə etməklə Azərbaycan-Latviya dostluq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da uğurla inkişaf edəcək, həm ikitərəfli əsasda, həm də beynəlxalq platformalarda daha da genişlənəcək. Bu münasibətlər regionda sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsinə də öz töhfəsini verəcək.

Qalib Qasımov,

"Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cənub Regional Filialının Sabirabad şöbəsinin müdiri

Prezidentdən Natiq İbrahimovla bağlı - Sərəncam
Lənkəran Dövlət Universitetinə rektor təyin edilib.

“Sabirabadxəbər” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Natiq Səhrab oğlu İbrahimov növbəti dəfə Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib.

Qeyd edək ki, N.İbrahimov 2016-cı ildən 2021-ci ilə qədər Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edib. 2021-ci ildə Prezidentin Sərəncamı ilə LDU-nun rektoru təyin edilib.

Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Azərbaycan Prezidenti İlham Əliyev Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına müraciət ünvanlayıb.

“Sabirabadxəbər” xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli qurultay iştirakçıları!

Sizi Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının işə başlaması münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan xalqının qədim mənəvi-əxlaqi dəyərlərinə söykənən ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir. Ağsaqqallara hörmət həm Azərbaycan şifahi xalq ədəbiyyatında, həm də yazılı ədəbiyyatında fundamental bir dəyər kimi daim ön planda yer alır. Təsadüfi deyil ki, xalqımızın tarixi keçmişini, adət-ənənələrini əks etdirən “Kitabi-Dədə Qorqud” dastanında ağsaqqal nəsihətinə və sözünə ehtiram ən yüksək əxlaqi keyfiyyət kimi təsvir olunub.

Xalqımızın tarixi ənənələrini rəhbər tutaraq üzərilərinə düşən vacib missiyanı daim uğurla həyata keçirən ağsaqqallarımız cəmiyyətdə əxlaqi-mənəvi dəyərlərin qorunub saxlanmasının və nəsillərarası varisliyin təminatçısı olaraq çıxış edirlər. Eyni zamanda milli dövlətçilik ənənələrinin davam etdirilməsi və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsində ağsaqqallarımızın müstəsna xidmətləri vardır.

Məhz ağsaqqallarımızdan vətənpərvərlik və fədakarlıq tərbiyəsi alan gənclərimiz Vətən müharibəsində şanlı Zəfərimizin əldə olunmasında mühüm rol oynayıblar. 30 ildən çox torpaq həsrəti ilə yaşamış, müharibənin ağrı-acısını görmüş böyüklərimizin gənc nəslə aşıladığı milli qürur və Vətən sevgisi sayəsində xalqımızın müasir hərb tarixinə yeni bir səhifə yazıldı.

Sevindirici haldır ki, bu gün ağsaqqallarımız ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər. Dünyada artan təhdidlər, xüsusilə də qloballaşma və sosial şəbəkə platformalarının zərərli təsirləri nəticəsində bir çox ölkələrdə milli-mənəvi və ailə dəyərlərinin deformasiyaya uğraması Azərbaycanda mövcud olan ağsaqqallıq institutunun əhəmiyyətini və rolunu daha qabarıq şəkildə vurğulayır. Gənclərimizi milli vətənpərvərlik və öz köklərinə bağlı ruhda yetişdirmək, onları düzgün yola istiqamətləndirmək ağsaqqallarımız qarşısında duran əsas vəzifələrdən biridir.

Keçən əsrin sonlarında yaranan və sıralarında həyatını cəmiyyətə xidmətə həsr etmiş tanınmış xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası böyük yol keçərək bu gün də ölkəmizin inkişafına töhfə verir. Şura ölkənin ictimai-siyasi və humanitar inkişafında, cəmiyyət həyatının aktual məsələlərinin həllində və gənc nəslin tərbiyəsində iştirak edir.

İnanıram ki, IX Qurultayda aparılacaq müzakirələr və qəbul olunacaq qərarlar Ağsaqqallar Şurasının fəaliyyətinin təkmilləşdirilməsinə, ölkənin ictimai-siyasi həyatında təşkilatın rolunun daha da güclənməsinə xidmət edəcəkdir.

Qurultayın işinə uğurlar, hər birinizə isə möhkəm cansağlığı, uzun ömür, dəyərli ictimai fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.

Səkinə Sadıxova da işdən çıxarıldı
Aprelin 17-si TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin olunan Anar Bayramov əsaslı kadr dəyişiklikləri islahatlarını davam etdirir.

“Sabirabadxəbər" xəbər verir ki , Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova da vəzifəsindən azad edilib.

Xatırladaq ki, bu gün Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova, Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və “Yeni Klinika”nın direktoru Barat Yusubovun da işdən çıxarıldığı təsdiqlənib.

Məlumata görə, bu gün 5 Tibb müəssisəsinin rəhbəri tutduğu postdan kənarlaşdırılıb.

Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) iki vəzifəli şəxsi işdən kənarlaşdırılıb.

“Sabirabadxəbər" xəbər verir ki, Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov və Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov da vəzifələrindən uzaqlaşdırılıblar.

Məlumata görə, bu barədə TƏBİB-in icraçı direktoru Anar Bayramov müvafiq əmrlər imzalayıb.

Qeyd edək ki, indiyədək TƏBİB-in 10-dan çox vəzifəli şəxsi işdən azad edilib.