Sabirabadxeber.Az - İnformasiya Portalı

Hacıqabulda Sağlam həyatı seç, narkomaniyaya yox de!
Sağlam həyatı seç, narkomaniyaya yox de!

Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə rayon ərazisində yerləşən 10 məktəbdə təhsil alan 200 yaxın yuxarı sinif şagirdi iştirakı edib.

Görüşdə çıxış edən RPŞ-nin rəisi polis polkovnik-leytenantı Anar Xəlilov bütün dünyanın ən ağrılı probleminə çevrilən və “Ağ ölüm” adlandırılan narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı fəsadlar barədə məlumat verib, bu bəlanın gənclərin həyatında yaratdığı problemlərdən, zərərli maddələrin geniş yayılmasının qarşısının alınması istiqamətində aparılan qətiyyətli tədbirlərdən danışıb.

Tədbirdə erkən nikahların fəsadları mövzusuna da toxunulub və bu cür halların fiziki və psixoloji inkişafı tamamlanmamış gənclər üçün ciddi sağlamlıq və sosial problemlər yaratdığı iştirakçıların diqqətinə çatdırılıb.

Görüş zamanı narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Şəhid Süleyman Qarayevin ailəsi ziyarət olunub.
Şəhid Süleyman Qarayevin ailəsi ziyarət olunub. 🇦🇿

"Sabirabadxəbər" xəbər verir ki, Sabirabad Gənclər evi" sosial xidmət müəssisəsinin başladığı "Vətən əmanəti" layihəsi çərçivəsində torpaqlarımızın bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidimiz Qarayev Süleyman Hacı Əlbağış oğlunun ailəsi ziyarət ediblər.

Qarayev Süleyman Hacı Əlbağış oğlu Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılaraq, göstərdiyi şücaət və mərdliklə adını şanlı tariximizə yazıb. Ziyarət zamanı qəhrəmanımızın keçdiyi şərəfli döyüş yolundan qürurla bəhs edilib, onun xatirəsinin qəlbimizdə əbədi yaşayacağı bir daha vurğulanıb.

"Vətən əmanəti" layihəsinin əsas məqsədi şəhidlərimizin xatirəsini uca tutmaq, onların ailələrinə mənəvi dəstək olmaq və qəhrəmanlarımızın həyat yolunu gənclər arasında təbliğ etməkdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

ADNA terrorundan 17 il ötür
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - red.) törədilən terror hadisəsindən 17 il ötür.

"Sabirabadxəbər" xatırladır ki, 2009-cu il aprelin 30-da səhər saatlarında ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Fərda Qədirov binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açıb.

Qədirov hadisə zamanı 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb. Sonra özünü də öldürüb.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə və qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma maddələri ilə cinayət işi açılıb.

Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra məlum olub ki, terror aktı törədən Fərda Qədirov erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib. İstintaq materiallarına görə, o, Gürcüstan vətəndaşı Mardun Qumaşyan adlı erməni ilə mütəmadi əlaqədə olub. Hətta hadisəni törətmək üçün ona külli miqdarda pul və silah verilib.

Mardun Qumaşyan barəsində həbsli axtarış elan edilərək “İnterpol”a verilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Neft Akademiyasında törədilən kütləvi qətllə bağlı məhkəmə keçirilib. İşlə bağlı Cavidan Əmirov, Nadir Əliyev, Arif Qabulov və Nəcəf Süleymanov cəzalandırılıblar.

Onlardan Arif Qabulov 11 il müddətinə, digərləri isə ömürlük azadlıqdan məhrum ediliblər.

Terror zamanı həyatını itirən şəxslərin siyahısı:

1. Məmmədov Taleh Tariyel oğlu, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)

2. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)

3. Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)

4. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)

5. Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)

6. Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)

7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)

8. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)

9. Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)

10. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)

11. Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)

12. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)

Yuxularımızın sirri açıldı
Yuxuların tamamilə təsadüfi və xaotik olduğu düşüncəsi yeni elmi araşdırma ilə yenidən sual altına alınıb. Alimlər 3700-dən çox yuxu hesabatını təhlil edərək, yuxuların məzmununu formalaşdıran əsas faktorları müəyyən etməyə çalışıblar.

“Sabirabadxəbər” xəbər verir ki, araşdırmaya görə, yuxular nə yalnız təsadüfi görüntülər, nə də sadəcə gündəlik hadisələrin sadə təkrarıdır.

Əksinə, onlar insanın şəxsiyyət xüsusiyyətləri və real həyatda yaşadığı təcrübələrin birləşməsi ilə formalaşır.

İtaliyada yerləşən “Lucca İMT” Qabaqcıl Tədqiqatlar Məktəbi tərəfindən aparılan tədqiqat nəticələri “Communications Psychology” jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində 18-70 yaş arası 287 iştirakçı iki həftə ərzində yuxularını və gündəlik təcrübələrini qeydə alıb. Ümumilikdə 3700-dən çox yuxu hesabatı toplanaraq təhlil edilib.

Araşdırmada süni intellekt əsaslı Təbii Dil Emalı (NLP) texnologiyasından istifadə edilərək, iştirakçıların yuxu təsvirləri ilə gündəlik həyatları arasında əlaqələr araşdırılıb.

Nəticələr göstərib ki, yuxular insanın psixoloji vəziyyəti və idrak xüsusiyyətləri ilə sıx bağlıdır. Gün ərzində düşüncələri tez-tez dəyişən və diqqəti dağınıq olan şəxslər daha xaotik yuxular gördüklərini bildiriblər. Daha stabil düşüncə tərzinə sahib olan insanlar isə daha ardıcıl və mənalı yuxular təsvir ediblər.

Araşdırma həmçinin göstərib ki, xarici hadisələr də yuxulara təsir edir. Məsələn, COVID-19 pandemiyası dövründə yuxularda məhdudiyyət və təcrid mövzuları daha çox müşahidə olunub.

Alimlər qeyd ediblər ki, yuxular real həyatı olduğu kimi təkrarlamır, əksinə, onu dəyişdirərək yeni, bəzən sürreal ssenarilər yaradır. İş yerləri, məktəblər və xəstəxanalar kimi tanış məkanlar yuxularda fərqli kontekstlərdə ortaya çıxır.

“Yuxular sadəcə keçmiş təcrübələrin əksi deyil, kim olduğumuz və nələr yaşadığımızla formalaşan dinamik bir prosesdir”, - tədqiqatın aparıcı müəllifi Valentina Els bildirib.

Araşdırma göstərir ki, yuxular həm daxili psixoloji xüsusiyyətlər, həm də xarici mühit amillərinin təsiri ilə formalaşır. Bu isə yuxuların düşündüyümüzdən daha sistemli və strukturlaşdırılmış ola biləcəyini ortaya qoyur.

Alimlər hesab edirlər ki, süni intellekt texnologiyaları gələcəkdə yuxuların və insan şüurunun daha dərindən öyrənilməsinə imkan verə bilər.

Eşqi Bağırov İmişli rayonunda vətəndaş qəbulu keçirilib.
Aprelin 29-da Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun İmişli rayonunda vətəndaş qəbulu keçirilib.

"Sabirabadxəbər" xəbər verir ki, Qəbulda Beyləqan, İmişli, Saatlı və Sabirabad sakinləri iştirak ediblər.

İmişli rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Agentlik direktoru qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində aidiyyəti struktur bölmə rəhbərlərinə tapşırıqlar verib.

Sonra Eşqi Bağırov “Tam orta məktəb” layihəsi həyata keçirilən İmişli şəhəri Eldar İbrahimov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində olub. Məktəbdə tədris prosesinin təşkili ilə tanış olub, müəllim və məktəb rəhbərləri ilə görüşüb, dərs proseslərini izləyib.

Daha sonra İmişli şəhəri Aslan Eminov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbərliyinin və əməkdaşlarının, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları üzrə təhsil sektorların əməkdaşlarının iştirakı ilə görüş keçirilib.

Sabirabadda qəza - 3 nəfər yaralandı
"Sabirabadxəbər" xəbər verir ki, hadisə rayonun Qaratəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "Vita" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər yaralanıb. Onlar 1998-ci təvəllüdlü İlkanə Qəhrəman qızı Qəhrəmanova, 2022-ci il təvəllüdlü Mehdi Nurəddin oğlu Qəhrəmanov və daha bir nəfər xəsarət alıb.

Onlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
Qoşqar Təhməzli sahibkarları qəbul edəcək

"Sabirabadxəbər" xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mayın 7-si saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək.

Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər.

Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 100 32 56 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla mayın 6-dək qəbula yazıla bilərlər.

Salyan gəncləri Ulu Öndərin xatirəsini yaradıcılıq sərgisi ilə yad etdilər
Salyanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş yaradıcılıq sərgisi keçirilmişdir.

"Sabirabadxəbər" xəbər verir ki, 29 aprel 2026-cı il tarixində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun, Salyan Rayon İcra Hakimiyyətinin, Salyan Rayon Heydər Əliyev Mərkəzinin və Salyan Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş yaradıcılıq sərgisi keçirilmişdir.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə çıxış edənlər Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun müdiri Elmar Əbilov, Salyan Rayon İcra Hakimiyyətinin ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla və ailələrlə iş üzrə məsləhətçi psixoloqu Sevinc Səmədova, Salyan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Yeganə Cəfərova və Salyan Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Könül Qəfərova bildirdilər ki, həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ulu Öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır.

Sonra yaradıcılıq sərgisinə baxış keçirildi.

Tədbirin sonunda fərqlənən sərgi iştirakçıları Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edildilər.

May ayına olan hava proqnozu
May ayında havanın temperaturu tədricən yüksəlir.

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, son illərin müşahidələrinə əsasən, may ayında hava şəraiti ötən illərlə müqayisədə daha dəyişkən keçir. İsti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə təsiri nəticəsində temperatur və təzyiq fərqləri yaranır.

Bu ilin may ayında orta aylıq temperaturun iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olmasına baxmayaraq, ayrı-ayrı günlərdə intensiv yağışların yağması ehtimalı var.

Ayın ilk günlərində bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntı gözlənilir. Birinci ongünlüyün ikinci yarısından etibarən isə əksər rayonlarda yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 18–20°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 12–17°C, gündüzlər 20–25°C, bəzi günlərdə isə 27–32°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (18–21 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 18–22°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 11–16°C, gündüzlər 20–25°C, bəzi günlərdə 30–35°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı 33–62 mm) gözlənilir.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Goranboy, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 14–18°C isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 7–12°C, gündüzlər 15–20°C, bəzi günlərdə 25–30°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (68–122 mm).

Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 14–18°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 7–12°C, gündüzlər 15–20°C, bəzi günlərdə 25–30°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir(52–103 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Tərtər və Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 18–21°C təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12–17°C, gündüzlər 23–28°C, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 30–35°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (43–67 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın orta aylıq temperaturunun 16–19°C olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 11–16°C, gündüzlər 20–25°C, bəzi günlərdə 28–33°C isti, dağlarda isə gecə 3–8°C, gündüz 15–20°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim norması daxilində, bəzi yerlərdə normadan bir qədər çox olacağı ehtimal olunur (26–166 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 19–22°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 13–18°C, gündüzlər 22–27°C, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 33–38°C isti olacaq. Aylıq yağıntının miqdarının kiçik mənfi fəqrlə normaya yaxın olacağı gözlənilir (norma 26-62 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 17–20°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12–17°C, gündüzlər 21–26°C, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 29–34°C isti olacaq. Aylıq yağıntının miqdarının kiçik mənfi fəqrlə normaya yaxın olacağı gözlənilir (norma 26-62 mm)

Kürün üzərindəki ödənişli körpü dağıldı - Video
Kür çayında suyun səviyyəsinin kəskin artması bir sıra fəsadlar törətməkdədir.

“Sabirabadxəbər” xəbər verir ki, Sabirabad rayonunun Qaraqaşlı, Quruzma və Qəzli kəndlərini rayon mərkəzi ilə birləşdirən ödənişli körpü suyun artması səbəbindən dağılaraq yararsız hala düşüb.

Bu səbəbdən bəzi sürücülərin istifadə etdiyi alternativ yollardan biri sıradan çıxıb.

Bildirilir ki, fərdi sahibkarın hazırlatdığı körpü bir neçə ildir ödənişli olaraq əhaliyə xidmət göstərir. Keçidi 50 qəpik olan körpü sürücülərin yolunu 25-30 kilometrədək qısaldır.