sabirabadxeber.az / Rusiya Ukraynada hərbi aerodromu vurdu

Rusiya Ukraynada hərbi aerodromu vurdu

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin hərbi aerodromuna, yanacaq-energetika obyektlərinə və nəqliyyat infrastrukturuna zərbələr endirib.

"Sabirabadxəbər.az" xəbər verir ki,  bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, döyüş tapşırıqları əməliyyat-taktiki aviasiya, dronlar, raket qüvvələri və artilleriya tərəfindən yerinə yetirilib.

Bundan əlavə, Rusiya hava hücumundan müdafiə qüvvələri üç idarə olunan hava bombası və 72 Ukrayna dronunu məhv edib.

09.02.2026 » 15:09
Geri