sabirabadxeber.az / Ana iki övladını 5-ci mərtəbədən atdı

Ana iki övladını 5-ci mərtəbədən atdı

Qazaxıstanda ana uşaqlarını beşinci mərtəbənin pəncərəsindən atıb.

"Sabirabadxəbər.az" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Taraz şəhərində baş verib.

Belə ki, qadın 2021 və 2023-cü il təvəllüdlü uşaqlarını naməlum səbəbdən pəncərədən atıb. Möcüzəvi şəkildə uşaqlar sağ qalıblar, lakin onlar qapalı kəllə-beyin travması alıblar.

Hadisə ilə bağlı məhkəməyəqədər araşdırma başlanılıb və şübhəli saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Hazırda bir sıra zəruri istintaq hərəkətləri aparılır. Qadının bu hərəkətinin səbəbləri açıqlanmayıb.

09.02.2026 » 13:32
Geri