sabirabadxeber.az / Samuxda evdən 26 yaşlı oğlanın meyiti tapıldı

Samuxda evdən 26 yaşlı oğlanın meyiti tapıldı

Samuxda evdən 26 yaşlı kişinin meyiti tapılıb.

"Sabirabadxəbər.az" xəbər verir ki, hadisə rayonun İnstitut qəsəbəsində baş verib. Qəsəbə sakini olan 2000-ci il təvəllüdlü Ə.Ələkbərovun  meyiti yaşadığı evdən aşkarlanıb. Onun hansı səbəbdən ölməsi məlum deyil. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

09.02.2026 » 12:43
Geri