sabirabadxeber.az / Birinci Qarabağ qazisi, Zahid Hacıyev vəfat edib

Birinci Qarabağ qazisi, Zahid Hacıyev vəfat edib

Birinci Qarabağ müharibəsinin qazisi, ehtiyatda olan kapitan Zahid Hacıyev vəfat edib.

"Sabirabadxəbər.az" xəbər verir ki, bu barədə mərhumun döyüş yoldaşları məlumat paylaşıblar.

Z.Hacıyev I Qarabağ müharibəsi zamanı Cəbrayıl istiqamətində döyüşüb.

O, Cəbrayılda yaradılan ilk ərazi müdafiə taborunun bölük komandiri olub.

09.02.2026 » 11:16
Geri