sabirabadxeber.az / Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev vətəndaşları qəbul edib

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev vətəndaşları qəbul edib

Fevralın 5-də Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev vətəndaşları qəbul edib.


"Sabirabadxəbər.az" xəbər verir ki, Qəbul zamanı vətəndaşların müraciətlərini dinləyərək onları narahat edən məsələlərlə yaxından tanış olub, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib. Araşdırılması vacib olan məsələlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.

 Qeyd edək ki, idarənin məsul əməkdaşları tərəfindən həftə içi hər gün vətəndaş qəbulu 15:00-dan 18:00-dək, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri tərəfindən isə hər həftənin IV günü 15:00-dan 18:00-dək həyata keçirilir.


06.02.2026 » 09:36
Geri