sabirabadxeber.az / Türkiyə Kuboku: "Fənərbağça"dan əzmkar qələbə

Türkiyə Kuboku: "Fənərbağça"dan əzmkar qələbə

Türkiyə Kubokunun qrup mərhələsinin C qrupunda "Fənərbağça" - "Ərzurumspor" matçı keçirilib.


"Sabirabadxəbər.az xəbər verir ki, üçüncü turun oyunu İstanbul təmsilçisinin qələbəsi ilə başa çatıb.


Hesabda 0:1 geridə olmasına baxmayaraq, "Fənərbağça" ardıcıl üç dəfə fərqlənərək oyundan qalib ayrılıb - 3:1.


Üç turdan sonra "Fənərbağça" altı xalla üçüncü, "Ərzurumspor" isə üç xalla altıncı pillədə qərarlaşıb.

05.02.2026 » 20:06
Geri