sabirabadxeber.az / Naxçıvanda avtomobillər toqquşdu: 6 nəfər xəsarət aldı

Naxçıvanda avtomobillər toqquşdu: 6 nəfər xəsarət aldı

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib, 6 nəfər xəsarət alıb.


"Sabirabadxəbər" Report-a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistral yolunun Babək rayonunun Çeşməbasar kəndindən keçən hissəsində qeydə alınıb.


Belə ki, "NAZ-Lifan" markalı avtomobillə "Xəzər" markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər; - 2012-ci il təvəllüdlü Zahid Əliyev, 2003-cü il təvəllüdlü Elcan Rəhimli, 2010-cu il təvəllüdlü Salman Əliyev, 1986-cı il təvəllüdlü Şəhanə Əliyeva, 2012-ci il təvəllüdlü Ayla Əliyeva və 1993-cü il təvəllüdlü Turqut Əlibəyli müxtəlif dərəcəli xəsarətlər alıblar.


Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.


Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

25.01.2026 » 22:00
Geri