sabirabadxeber.az / Mingəçevirdə bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

Mingəçevirdə bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

Mingəçevir şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib.

"Sabirabadxəbər.az" xəbər verirki , hadisə şəhərin H.Əliyev prospektində yerləşən mənzillərdən birində baş verib.

Şəhər sakini, 38 yaşlı Nübar Yusifova və qızları -16 yaşlı D.Yusifli, 12 yaşlı N.Yusifli və oğlu 10 yaşlı E.Yusifli dəm qazından zəhərlənmə diaqnozu ilə şəhər mərkəzi xəstəxanasına çatdırılıblar.

Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

05.02.2026 » 09:40
Geri