sabirabadxeber.az / Sabirabadda narkotik satışı edən şəxslər saxlanıldı.

Sabirabadda narkotik satışı edən şəxslər saxlanıldı.

*Sabirabadda narkotiklərin satışını təşkil edən 8 nəfər saxlanılıb*


"Sabirabadxəbər.az" xəbər verirki ,  Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Fariz Babayev, Pərvin Fərəcov, Şakir Abasov, Ramil Məmmədov, Elnur Qənizadə, Rizvan Kərimov, Əlyar Cəbrayılov və Səfər Əlizadə saxlanılıblar.

Adıçəkilən şəxslərdən külli miqdarda, metamfetamin, heroin və marixuana aşkarlanıb. 

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.

04.02.2026 » 10:43
Geri