sabirabadxeber.az / Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü

Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü

Beyləqanda 27 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

"Sabirabadxəbər" xəbər verir ki, Mil qəsəbəsinin ərazisində yerləşən yarımtikilidə usta işləyən Birinci Şahsevən kənd sakini 1999-cu il təvəllüdlü Rəhman Mənsur oğlu Hacızadəni ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.

R.Hacızadə xəstəxanaya aparılarkən yolda ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

02.11.2026 » 10:56
Geri