🟢 Sabirabad Rayon Tarix-diyarşünaslıq muzeyinə ekskursiya təşkil olunub.
📆 Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclərin tariximizə və milli-mədəni irsimizə marağının artırılması məqsədilə Sabirabad Rayon Tarix-diyarşünaslıq muzeyinə ekskursiya təşkil olunub.
🏛️ Ekskursiya zamanı gənclər muzeydə nümayiş etdirilən eksponatlarla tanış olub, bölgənin tarixi, mədəniyyəti və keçmişi haqqında məlumat əldə ediblər.
🇦🇿 Belə ekskursiyalar gənclərin tarixi biliklərinin artırılması və milli-mənəvi dəyərlərimizə hörmət ruhunda formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.