Hacıqabullu şahmatçı “Shirvan Open 2026”da I yer qazandı!
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə 19–26 oktyabr 2026-cı il tarixlərində Şirvan şəhər Olimpiya Kompleksində keçirilən “Shirvan Open 2026” beynəlxalq şahmat festivalı uğurla başa çatıb.
Festivalda Hacıqabul Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi, Hacıqabul şəhər Allahverdi Dadaşov adına 5 nömrəli tam orta məktəbin 6b sinif şagirdi Gözəl Sərdar İftixar oğlu 12 yaşlı oğlanlar arasında I yerə layiq görülüb. 🏆
Gözəl Sərdar qazandığı uğura görə medal, diplom və qiymətli hədiyyə ilə təltif olunub.
Şagirdimizi bu möhtəşəm nailiyyət münasibətilə təbrik edir, ona yeni yarışlarda uğurlar və parlaq qələbələr arzulayırıq!