🟢 Sabirabad rayonunda “Erkən evlilik və onun fəsadları” mövzusunda gənclərlə görüş keçirilib.
📆 Mil-Muğan Regional Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mil-Muğan regional nümayəndəliyi, Sabirabad rayon Heydər Əliyev Mərkəzi və Nəriman Nərimanov adına 2 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Erkən evlilik və onun fəsadları” mövzusunda gənclərlə görüş keçirilib.
📜Tədbir zamanı erkən evliliyin fəsadları, zərərli vərdişlərin insan sağlamlığına və həyat keyfiyyətinə mənfi təsirləri, eləcə də sağlam həyat tərzinin əhəmiyyəti müzakirə olunub.
💬 İştirakçılar mövzular ətrafında fikir mübadiləsi aparıb, gənclərin sualları cavablandırılıb və sağlam həyat tərzinin təşviqinin əhəmiyyəti vurğulanıb.