sabirabadxeber.az / Traktorla 13 yaşlı velosipedçini vurub öldürdü

Traktorla 13 yaşlı velosipedçini vurub öldürdü

Neftçala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Sabirabadxəbər” xəbər verir ki, hadisə oktyabrın 22-si Neftçala-Salyan avtomobil yolunun rayonun Həsənabad qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Həsənov Fərhad Kamil oğlu idarə etdiyi traktorla velosipedlə hərəkətdə olan 2013-cü il təvəllüdlü Əsədli İbrahim Amil oğlunu vurub. Nəticədə, o aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Bu gün, 10:20
Geri