5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri ilə seçilən təhsil işçiləri təltif ediliblər.
Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisi təltif edilib.
Mil-Muğan Regional Təhsil İdarəsi üzrə təltif olunan təhsil işçilərini təqdim edirik.
✔“Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə:
🔹Cabbarova Pərvin Sulduz qızı — Beyləqan rayonu Dünyamalılar kənd Əlibala Şirinov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini
🔹Ələsgərov Ramal Nazim oğlu — Saatlı rayonu Məhəmməd Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru
✔“Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə:
🔹Abdullayeva Aidə Əlizadə qızı — Saatlı şəhəri Səməd Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi
🔹Behbudlu Mürsəl Bayram oğlu — Beyləqan rayonu Hüsaməddin İsmayılov adına Şəfəq qəsəbə tam orta ümumtəhsil məktəbinin direktoru
🔹Əliyeva Gültəkin Qardaşxan qızı — Sabirabad şəhəri Eynulla Nadirov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi
🔹Əmişova Mələk Sakit qızı — Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi
🔹Əzizova Rəmziyyə Rəhman qızı — Saatlı rayonu Arif Ağayev adına Sarıcalar kənd ümumi orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi
🔹Fehruzova Cahilə Pəhlivan qızı — Beyləqan rayonu Ələmdar Rzayev adına Dünyamalılar kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi
🔹Hüseynov Yusif Səyyaf oğlu — İmişli şəhəri Nəriman Nərimanov adına 1 nömrəli məktəb-liseyin direktoru
🔹Mecidova Aytən Vaqif qızı — Sabirabad şəhəri Nəriman Nərimanov adına 2 nömrəli təbiət və texniki fənlər təmayüllü məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi
🔹Məmmədov Mais Xanlar oğlu — Sabirabad şəhəri Mikayıl Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
🔹Məmmədova Gülşən Paşa qızı — Saatlı rayonu Məhəmməd Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi
🔹Məmmədova Leyla Elçin qızı — Beyləqan rayonu Fazil Miriyev adına Birinci Şahsevən kənd 3 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi
🔹Məmmədova Sevinc Ağaməli qızı — İmişli şəhəri Aslan Eminov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi
🔹Mikayılova Fidan Yusif qızı — İmişli şəhəri Şahin Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi
🔹Musayeva Zöhrə Əlşirin qızı — Sabirabad şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi
🔹Tağıyeva Fidan Əfqan qızı — İmişli şəhəri Nəriman Nərimanov adına 1 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi
🔹Umudova Əsmər Arif qızı — Saatlı rayonu Ələhməd Əhmədov adına Qaracalar kənd tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi
Təhsilin inkişafına töhfə verən, gələcək nəsillərin yetişdirilməsində əməyi olan bütün müəllimlərimizi təbrik edir, onlara peşə fəaliyyətlərində yeni uğurlar arzulayırıq.