Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
AFFA-dan "Sabirabadxəbər"ə bildirilib ki, “Sabah”ın müdafiəçisi Həzrət Səmədov zədə səbəbindən yığmanın düşərgəsindən ayrılıb.
Qeyd edək ki, U-20 Qəbələ toplanışı zamanı oktyabrın 3-də Moldova, 6-da isə Yaponiya seçməsi ilə yoldaşlıq oyunu keçirəcək.