sabirabadxeber.az / Azərbaycan evdə Lixtenşteyn yığmasına qalib gələ bilməyib

Azərbaycan evdə Lixtenşteyn yığmasına qalib gələ bilməyib

Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

"Sabirabadxəbər" xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda Lixtenşteyn yığması ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirililən D Liqasının 2-ci qrupunun matçı qolsuz başa çatıb.

Azərbaycan millisi hazırda qrupda 2 xalla ikinci pillədə qərarlaşıb. Litva seçməsi 3 xalla liderdir. Hesabında 1 xalı olan Lixtenşteyn sonuncudur.

Bu gün, 10:07
Geri