sabirabadxeber.az / Sabirabadda "Prado" qadını vuraraq öldürdü

Sabirabadda "Prado" qadını vuraraq öldürdü

Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.

"Sabirabadxəbər" xəbər verir ki, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.

Sabirabad şəhər sakini, 1980-ci il təvəllüdlü Məmmədov Samir Alməmməd oğlu idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada – Sabirabad rayonunun Qalağayın kənd sakini, 1956-cı il təvəllüdlü Hüseynova Püstəxanım Bahadur qızını vurub.

Ağır xəsarətlər alan piyada ölüb.

Bu gün, 09:00
Geri