sabirabadxeber.az / Litva - Azərbaycan oyunu heç-heçə yekunlaşdı

Litva - Azərbaycan oyunu heç-heçə yekunlaşdı

UEFA Millətlər Liqasının D Divizionunda Litva və Azərbaycan yığmaları arasında oyun başa çatıb.

"Sabirabadxəbər" xəbər verir ki, Kaunas şəhərində oynanılan matçda qalib müəyyənləşməyib - 1:1. Yığmamızın heyətində qolu 14-cü dəqiqədə Mahir Emreli vurub.

Beləliklə, Azərbaycan millisi UEFA Millətlər Liqasının yeni mövsümünə heç-heçə ilə başlayıb.

Qeyd edək ki, yığma qrupda ikinci oyununu oktyabrın 1-də Bakıda Lixtenşteynə qarşı keçirəcək.

27.09.2026 » 19:31
Geri