sabirabadxeber.az / 3-cü kurs tələbəsi əməliyyatda öldü

3-cü kurs tələbəsi əməliyyatda öldü

Azərbaycan-Fransız Universitetinin (UFAZ) 3-cü kurs tələbəsi Fidan Abbaslı dünyasını dəyişib.

"Sabirabadxəbər" xəbər verir ki, o, UFAZ-ın kompüter elmləri ixtisasında təhsil alıb.

Yaxınlarının verdiyi məlumata görə, Fidan Abbaslı burun əməliyyatı zamanı həyatını itirib.

Qeyd edək ki, 2024-cü ildə Bakı Türk Liseyindən məzun olan Fidanın atası Kamil Abbasov həmin təhsil müəssisəsində kimya müəllimidir.

Bu gün, 10:30
Geri