sabirabadxeber.az / Sabirabad rayonunda “Narkomaniyadan Azad Gənclik” adlı maarifləndirici tədbir keçirilib.

Sabirabad rayonunda “Narkomaniyadan Azad Gənclik” adlı maarifləndirici tədbir keçirilib.

🟢 Sabirabad rayonunda “Narkomaniyadan Azad Gənclik” adlı maarifləndirici tədbir keçirilib.
📆 Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə məktəblilər arasında narkomaniyanın fəsadları, sağlam həyat tərzinin əhəmiyyəti və zərərli vərdişlərdən uzaq durmağın vacibliyinə dair maarifləndirici tədbir keçirilib.
🛡️Tədbir zamanı gənclərə narkomaniyanın insan sağlamlığına, təhsilinə, ailə və sosial münasibətlərinə mənfi təsirləri barədə məlumat verilib, düzgün seçimlərin və sağlam həyat tərzinin əhəmiyyəti vurğulanıb.
🧠 Tədbirin sonunda məktəblilər “Mən gələcəyim üçün…” adlı maarifləndirici fəaliyyətdə iştirak edərək gələcəkləri üçün etdikləri müsbət seçimləri və məqsədləri qeyd ediblər.
17.09.2026 » 14:37
Geri