sabirabadxeber.az / İmişli rayonunda sürücü sükan arxasında vəfat edib

İmişli rayonunda sürücü sükan arxasında vəfat edib

İmişli rayonunda sürücü sükan arxasında vəfat edib.

“Sabirabadxəbər” xəbər verir ki, hadisə sentyabrın 16-sı saat 03 radələrində İmişli şəhəri Zəfər prospektində baş verib.

Qaralar kənd sakini 1950-ci il təvəllüdlü Valeh Mehdiyev “Mercedes” markalı avtomobilində qəfil vəfat edib.

Onun infarktdan öldüyü bildirilib.

Araşdırma aparılır.

17.09.2026 » 10:30
Geri