sabirabadxeber.az / Ağdaşda iki yük maşını toqquşdu - Sürücülərdən biri öldü

Ağdaşda iki yük maşını toqquşdu - Sürücülərdən biri öldü

Bu gün saat 07 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində “Mercedes ” markalı iki yük avtomobili toqquşub.

"Sabirabadxəbər"in məlumatına görə, qəza nəticəsində “Mercedes Atego” markalı avtomobilin sürücüsü, 46 yaşlı Cabbar Cabbarov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır

28.08.2026 » 12:06
Geri