sabirabadxeber.az / İmişlidə yanğın - Xəsarət alan var

İmişlidə yanğın - Xəsarət alan var

İmişli şəhərində köməkçi tikilidə yanğın baş verib.

"Sabirabadxəbər.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilir ki, İmişli şəhərində ümumi sahəsi 100 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və bitişik sahəsi 250 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

03.02.2026 » 11:24
Geri