sabirabadxeber.az / Sabirabadda uşaqların rəqəmsal təhlükəsizliyi mövzusunda ictimai dinləmə keçirilib

Sabirabadda uşaqların rəqəmsal təhlükəsizliyi mövzusunda ictimai dinləmə keçirilib

“Sabirabad Gənclər evi” sosial xidmət müəssisəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) və Sabirabad rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması” mövzusunda ictimai dinləmə keçirilib. 📱
Tədbirin əsas məqsədi uşaqların rəqəmsal mühitdə qarşılaşa biləcəyi risklər, sosial şəbəkələrdən təhlükəsiz istifadə, rəqəmsal savadlılıq və kibertəhlükəsizlik məsələləri barədə maarifləndirmə aparmaq, həmçinin uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi istiqamətində fikir və təklifləri müzakirə etmək olub. 🛡️
İctimai dinləmə zamanı rəqəmsal mühitdə uşaqların qarşılaşdığı zərərli məzmun və digər risklər, onların psixoloji və sosial inkişafına mümkün təsirləri, məsuliyyətli onlayn davranış və təhlükəsiz internet istifadəsi barədə ətraflı məlumat verilib. 💻
Tədbirdə “Sabirabad Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Rəşad Qurbanov, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) direktoru Səbinə İmanova və Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən rəhbəri Səlmi Mehtiyeva çıxış ediblər. 🎤
Çıxışlar zamanı “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının əhəmiyyəti diqqətə çatdırılıb, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması istiqamətində görülməli işlər barədə fikirlər səsləndirilib. 📚
Görüş çərçivəsində mövzu ilə bağlı mövcud problemlər və onların həlli yolları ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsində ailə, məktəb və cəmiyyət arasında əməkdaşlığın vacibliyi vurğulanıb. 🤝
28.08.2026 » 10:40
Geri