Avqustun 26-da gənclər və idman naziri Fərid Qayıbov Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriçi qəbul edib.
Görüşdə Azərbaycanda voleybolun inkişafı, ölkəmizdə keçirilən beynəlxalq yarışlar, Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov və CEV-in vitse-prezidenti Qay Juvet də iştirak ediblər.