sabirabadxeber.az / 600-dən çox bal toplayan şəhid övladları bu universitetlərə qəbul oldular

600-dən çox bal toplayan şəhid övladları bu universitetlərə qəbul oldular

Xəbər verdiyimiz kimi, ötən gün ali məktəbə daxil olanların siyahısı açıqlanıb. Tələbə adı qazananlar arasında şəhid övladları da var.

"Sabirabadxəbər"in məlumatına görə, Vətən müharibəsi şəhidi, leytenant Ceyhun Niftəliyevin qızı, Göygöl rayon Texniki və Təbiət Fənləri Təmayüllü liseyin məzunu Ayan Niftəliyeva IV qrup üzrə qəbul imtahanından 676 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Tibb ixtisasına qəbul olub.

Ayanın qardaşı Nihad Niftəliyev də 3 il əvvəl yüksək balla Tibb Universitetinin stomatologiya fakültəsinə qəbul olub.

Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Sadiq Məmmədovun oğlu Qax rayonu 2 saylı tam orta məktəbin şagirdi Sənan Məmmədzadə builki qəbul imtahanında 621.5 bal toplayıb. S.Məmmədzadə Azərbaycan Dövlət İqtisad Universitetinin Kompüter mühəndisliyi ixtisasında təhsil alacaq.

Bu gün, 10:00
Geri