sabirabadxeber.az / Qadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir

Qadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir

Ağdaşda ana-oğul bıçaqlanıb.

“Sabirabadxəbər” xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.

Aygün Əhmədova və oğlu 17 yaşlı F.Əhmədova bıçaq xəsarəti yetirilib.

Hadisəni törətməkdə Aygün Əhmədovanın həyat yoldaşı 1967-ci il təvəllüdlü Arzu Əhmədov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində araşdırma başlanılıb.

Dünən, 11:09
Geri