Sabirabadda qol güləşi idman növü üzrə turnir keçirilib
✅️ Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, "Rəvan" və "Muğan" ağır atletika idman klublarının təşəbbüsü ilə Sabirabad şəhəri M.Ə.Sabir bağında yeniyetmə və gənclər arasında qol güləşi turniri keçirilib.
🎉 Yarışda gənclər ruh yüksəkliyi ilə iştirak ediblər və qalib olmaq uğrunda əzmlə mübarizə aparıblar. Yarışın sonunda qaliblər müəyyən olunaraq Mil-Muğan RGİİ-nin diplom və medalları ilə təltif olunublar 🤩