sabirabadxeber.az / Abşeronda qadın ərini öldürdü

Abşeronda qadın ərini öldürdü

Abşeronda qadın ərini öldürməkdə şübhəli bilinir.

"Sabirabadxəbər" xəbər verir ki, avqustun 19-da saat 12 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimovun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən, arvadı 1983-cü il təvəllüdlü A.Əliyeva saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

19.08.2026 » 13:14
Geri