sabirabadxeber.az / 19 yaşlı qadın maşında öldürüldü - Qardaşı tutuldu

19 yaşlı qadın maşında öldürüldü - Qardaşı tutuldu

Hacıqabul şəhərində 19 yaşlı qadın qətlə yetirilib, şübhəli şəxs qismində qardaşı saxlanılıb.

"Sabirabadxəbər" xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Hacıqabul şəhər sakini, 2007-ci il təvəllüdlü Qocayeva Zeynəb Cəlal qızı minik avtomobilində bıçaqla qətlə yetirilib.

Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Qadının qətlində şübhəli şəxs qismində qardaşı saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

18.08.2026 » 16:15
Geri