UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Ukraynanın “Dinamo” (Kiyev) komandası ilə keçirilmiş cavab oyununda (2:0) zədələnən “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin durumuna aydınlıq gəlib.
"Sabirabadxəbər" xəbər verir ki, bu barədə klubdan məlumat verilib. Bildirilib ki, aparılan tibbi müayinələr nəticəsində futbolçunun ayağının arxa əzələsində vətərin qismən yırtığı aşkarlanıb.
Elvin Cəfərquliyevin bərpa müddətinin təxminən iki həftə davam edəcəyi gözlənilir.
Futbolçunun müalicə və reabilitasiya prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdirilir.
Qeyd edək ki, UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" – "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək