sabirabadxeber.az / General-mayor Abbasəli Novruzov dəfn edildi

General-mayor Abbasəli Novruzov dəfn edildi

Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda dəfn edilib.

"Sabirabadxəbər" xəbər verir ki, dəfndə müdafiə naziri general-polkovnik Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, hərbçilər, mərhumun yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Abbasəli Novruzov ötən gün 89 yaşında vəfat edib.

Xatırladaq ki, o, 1994-cü il aprelin 8-də Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı təyin edilib. O, 2001-ci ilə qədər bu vəzifəni tutub.

Dünən, 10:30
Geri