sabirabadxeber.az / Beyləqanda bir nəfər kanalda batdı

Beyləqanda bir nəfər kanalda batdı

Qarabağ kanalında bir nəfər batıb.

Bu barədə "Sabirabadxəbər"ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qarabağ kanalının Beyləqan rayonu, İkinci Aşıqlı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Dünən, 11:50
Geri