İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Sabirabadxəbər” xəbər verir ki, qəza gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun rayonun Xubyarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, Tural Xəlilovun idarə etdiyi “VAZ” markalı avtomobil digər minik avtomobili ilə toqquşub. Toqquşmadan sonra sürücü idarəetməni itirib və avtomobil yoldan çıxıb.
Hadisə nəticəsində sürücü Tural Xəlilov müxtəlif dərəcəli xəsarətlər alıb. Avtomobildə olan sərnişin isə ölüb.
Faktla bağlı araşdırma aparılır.