sabirabadxeber.az / Biləsuvarda kənd sakinləri arasında qanlı mübahisə - Ölən var

Biləsuvarda kənd sakinləri arasında qanlı mübahisə - Ölən var

Biləsuvarda qətl hadisəsi baş verib.

“Sabirabadxəbər” xəbər verir ki, hadisə rayonun Dəvrişli kəndində qeydə alınıb.

Belə ki, ilkin məlumata görə, kənd sakinləri arasında davam edən mübahisə bıçaqlanma ilə nəticələnib.

Bıcaq xəsarəti alan kişi rayon xəstəxanasına aparılarkən yolda ölüb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Bu gün, 20:55
Geri