Bərdə rayonunda üç minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Sabirabadxəbər” xəbər verir ki, qəza Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Toyota Camry” markalı, 10-RE-858 dövlət qeydiyyat nişanlı avtomobil, “VAZ-2107” markalı, 77-GZ-516 dövlət qeydiyyat nişanlı avtomobil və 41-BE-260 dövlət qeydiyyat nişanlı digər minik avtomobili toqquşub.
Toqquşma nəticəsində “Toyota Camry” və “VAZ-2107” markalı avtomobillər yolun kənarına çıxıb.
Qəza zamanı “VAZ-2107” markalı avtomobildə olan 4 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Hadisə zamanı xəsarət alanların kimliyi müəyyən edilib.
Qəzada VAZ-2107 markalı avtomobildə olan İsayev Xəyal Qurban oğlu, Məmmədov Oktay Əli oğlu, Abdullayev Ömər Telman oğlu və Bəşirov Orxan Qurban oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma davam etdirilir.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Bərdə rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.