sabirabadxeber.az / Kürdə batan şəxsin meyiti tapıldı

Kürdə batan şəxsin meyiti tapıldı

Ötən gün Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.

Bu barədə "Sabirabadxəbər"ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlunun meyiti Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 1,5 kilometr aralı suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu gün, 09:30
Geri